Dünən qədəm qoydum Ağcayazıya,
Kənd miskin çağıma xoş gəldin dedi,
Kədərdən don geydi atamın səsi,
Sönən ocağıma xoş gəldin dedi.
Xalq artisti Şövkət Ələkbərovanın xatirəsinə
Sözümün içindən söz çıxır mənim,
Yazda tumurcuqdan gül çıxan kimi.
Sənə bel bağladım, belimi qırdın,
Heyf, bəslədiyim ümidə, heyf,
Bizi birləşdirən hər nə ki vardır,
Batacaq bu sərsəm gəmidə, heyf.
Gözlərin yol çəkir yol qırağında,
Baxışından baxış oğurlayıram,
Damlalar süzülür yanaqlarına,
Yağışından yağış oğurlayıram.
Yenə seyr edirəm sərt dolayları,
Düşünmə, ömrümü tamamlayıram,
Boylanıb yoxuşdan enişə sarı
Keçdiyim yolları salamlayıram.