ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

TƏLƏBƏ QIZLARIMIZA

Oxundu 84

Hara gedirdiniz, qızlar, a qızlar,

Yolunuz yuxumdan keçdi bu gecə,

Siz gəlib yuxuma girməsəydiniz,

Elə deyərdim ki, heçdi bu gecə.

 

 

TƏKLİK İSTƏYİRƏM, TƏK BURAX MƏNİ

Oxundu 85

Nə yaman dolmusan buludlar kimi,

Gözünün yaşını tök, burax məni,

Ömründə qoyduğum xatirələrdən

Qəlbinə bir yuva tik, burax məni.

 

 

ÖMÜR YOLDAŞIMA

Oxundu 93

Həsrətin yolunu sevgiylə kəsdin,

Günlərin qayğısız ötüşdümü heç,

Xəstəydim, nanə tək üstümdə əsdin,

Sənə sağlığımdan pay düşdümü heç?!

 

 

O QƏBRİN ÜSTÜNDƏ AĞLAMA BİR DƏ

Oxundu 97

Sözümün üstündə dura bilmədim,

Səni unutmağa çatmadı gücüm,

Dünən qapınıza gəlmişdim, gülüm,

Qara bayramıma çağırmaq üçün.

 

 

SƏN MƏNİM ARXAMCA GƏLMƏ

Oxundu 87

Düzdə qərar tutdum düz ürəyimlə,

Sinəmi yandıran köz ürəyimlə,

Bu yola düşmədim öz ürəyimlə,

Sən mənim arxamca gəlmə, yazıqsan.

 

 

BAĞÇA UŞAĞI

Oxundu 91

Hələ yadımdadı son görüşümüz,

Elə bil ömürdən-gündən ayrıldım,

Ağac öz kökündən qopduğu kimi

Anamdan ayrıldım, səndən ayrıldım.

 

 

XƏLVƏTİ BOYLAN

Oxundu 81

Arabir xəlvəti boylan, ey gözəl,

Qəlbimin başqa bir təmənnası yox,

Qara gözlərinin eldə-obada,

Vallah, mənim kimi mübtəlası yox.

 

 

QARLI QIŞ GÜNÜN SERENADASI

Oxundu 109

Quşlar dən axtarır, nigaranam mən,

Bəlkə tapmadılar, elə qorxuram,

Ağ kağız üstündə boz kəlmələrdən

Sərçə civiltisi gələ, qorxuram.

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Yanvar 2019    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov