ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

MƏNƏ GÜL UZATDI YER ELƏ BİLDİM

Oxundu: 180
Nə gözəl açılıb yol qırağında,
Nə gözəl açılıb bu çiçək, Allah,
Kövrək məqamında, həzin çağında,
Könlüm bu çiçəyə gətirdi pənah.

Allahın nə gözəl günüymüş bu gün,
Qəmlənmək nə boyda qəbahət imiş,
Bir insan ömrünü uzatmaq üçün
Bir gülün açmağı kifayət imiş.

İlhamım torpağı köksünə sıxdı,
Sarımtıl yelənli yaşıllıq kimi,
Bu gün də bu çiçək qarşıma çıxdı,
Kimsəyə etdiyim yaxşılıq kimi.

Göydən gün işığı- sevinc tökülür,
Səmanı torpaqdan gəl ayır burda,
Burda qlobusun gözləri gülür,
Dünyanın çiçəyi çırtlayır burda.

Yeridim, bu çiçək qarşıma gəldi,
Torpaqmı dikəldi, mənmi əyildim,
Bu şeri oxudum, xoşuna gəldi,
Mənə gül uzatdı yer elə bildim.



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov