ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SƏN HARDAN BİLƏSƏN MƏHƏBBƏT NƏDİR

Oxundu: 160

Bilmirəm xəyalmı, həqiqətmi bu,

Oyun çıxarırsan sən bilə-bilə,

Qəlbinə dolmamış sevgi duyğusu,

Eviniz dolubdur elçilər ilə.


Həsrət gözlərinə yaş gətirməmiş

Qayğısız qızların birisən, gülüm,

Qürub otağına günəş girməmiş,

Yataq otağına girirsən, gülüm.


Yaşının azlığı bilinməsə də,

Yetkin qızlar kimi çəkilir adın,

Əksin güzgülərdən silinməsə də,

Bir sevən gözündə əks olunmadın.


Volqalar düzülüb bax düzüm-düzüm,

Sağlıqlar sənin də şərəfinədir,

Daha qonaqlığa getmirsən, quzum,

Bu günkü səfərin ər evinədir!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov