ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

YAXŞI Kİ, SEVƏNLƏR ÇOXDUR DÜNYADA

Oxundu: 193

Ayrılıq ölümlə sərhəd deyildir,

Sənin məhəbbətin son hədd deyildir,

Sevginin gözləri toxdur dünyada,

Dünya sevənlərə möhtac deyildir,

Yaxşı ki, sevənlər çoxdur dünyada.


Ümiddir elə bu damcılar bəlkə,

Özün öz baxtını qamçıla bəlkə...

Vüsal bir miyanə oxdur dünyada,

Sənin taleyindən yan keçibdirsə,

Dostunun ömrünə sancıla bəlkə,

Yaxşı ki, sevənlər çoxdur dünyada.


Hər eşqin səması ayaz deyil ki,

Həsrətin quyusu dayaz deyil ki,

Kim deyir bəxtikəm yoxdur dünyada,

Bir gülün solması payız deyil ki,

Yaxşı ki, sevənlər çoxdur dünyada.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov