ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ORDENLİ BİR QOCA BELƏ DEYİRDİ

Oxundu: 180

Şair, ətrafına baxsana bir an,

Yanından təltifli qocalar keçir,

Zəmanənin alçaq qapılarından

Əyilə-əyilə ucalar keçir.


Keçir nəvazişə möhtac bir nəsil,

Cəsarətlə vermiş imtahanları,

Yox, yox imperiya əsgəri deyil

Sovetlər yurdunun qəhrəmanları!


Hərdən o dövlətin gələndə adı,

Qocalar qəlbində bir sual duyur:

Vətən şəhidləri xiyabandadır,

Bəs şəhid vətənlər harda uyuyur?!


Sən gidi dünyanın hökmünə bir bax,

Qocalar qurumuş oduncaqdılar,

Qocalar ömürlük aldanmış uşaq,

Təltiflər baş qatan oyuncaqdılar.


Onları piştaxta üstə yan-yana

Görəndə mat qaldım bu qiymətinə,

Təltiflər alınmış qan bahasına,

Təltiflər satılır su qiymətinə.


Elə nəvələr də o vaxtdan bəri

Tez-tez babaları hörmətdən salır:

Dava illərinin xatirələri

Boyat xörək kimi qabaqdan qalır.


Amandır, vurmayın söz yaraları,

Qəlbləri şüşədən kövrək deyilmi,

Nəvaziş, ehtiram görsünlər barı

Kişilər dünyadan köçənə kimi.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov