ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

EŞQƏ BAX, PAYIZDA ÇİÇƏKLƏYİBDİR

Oxundu: 184

Dünya başdan-başa al-əlvan geyir,

Dünya gözəlliyə bürünür, Allah,

Mənim dayandığım yaş zirvəsindən,

Bu qızlar nə gözəl görünür, Allah.


Qızlar yer üzünün ulduzlarıdır,

Sönməz şəfəqləri bu ulduzların,

Mənim zər qanadlı kəpənək ruhum

Uçur havasına çiçək qızların.


Eşqə bax, payızda çiçəkləyibdir,

Qorxuram meyvəsi sazağa düşə,

Qorxuram başlaya itirhaitir,

Ağlım həyatımdan qabağa düşə.


Kim deyir, haramdır qarşımdaki yol,

Qarşımda dağların sıldırımı var,

Şimşəyi bu qədər parlayan eşqin

Qulaq batırası ildırımı var.


Mən ki, əzablardan keçib gəlmişəm,

İnamım əridib dumanı, çəni,

İnamım elə bil hava şarıdır,

Çəkib səmalara aparır məni.



 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov