ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BULUD

Oxundu: 192

İlişib qalmısan səhərdən bəri,

Axa da bilmirsən buludlar kimi,

De, hansı dəryadan buxarlanmısan,

Yağa da bilmirsən buludlar kimi.


Durub göy üzündən boylandığın yer

Cənnətin firavan bölgəsi deyil,

Bu kəndin üstünə düşübsə, Vallah,

Bu kölgə Tanrının kölgəsi deyil.


Qaraçı köçü də ləngimir burda,

Başımın üstündə dayanma belə,

Bu yaşa çatınca mənim üstümə

Kimsənin kölgəsi düşməyib hələ.


Apaydın göy üzü həndəvərində,

Şəfəqlər ağappaq gümüş yığını,

Mən sənin əlindən çıxa bilsəydim,

Çəkərdim canıma gün işığını.


Tarıma çəkmə gəl əsəblərimi,

Düşünmə, ay bulud, dözümdə dağam,

Özün öz xoşunla çıxıb getməsən,

Küləyi üstünə qısqırdacağam.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov