ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

QARLI QIŞ GÜNÜN SERENADASI

Oxundu: 215

Quşlar dən axtarır, nigaranam mən,

Bəlkə tapmadılar, elə qorxuram,

Ağ kağız üstündə boz kəlmələrdən

Sərçə civiltisi gələ, qorxuram.


Görəsən, yoxsullar nə yeyib-içir,

Onları anıram elə bu vədə,

Bu qış ki, belə ac, belə sərt keçir,

Köçər gələn ildən boz sərçələr də.


Eybi yox, kimlərsə toy-büsat qursun,

Gətir yorğan-döşək, mütəkkə bir də,

Qanımın donmağı bir yana dursun,

Donub qələmimin mürəkkəbi də.


Odun yox, sobada yandır qamışı,

Bu gündən sabaha birtəhər gedək,

Onsuz da qılıncdan yadırğamışıq,

Qələm tutmağı da belə tərgidək.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov