ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

"YANIQ KƏRƏMİ"YƏ OYNAMA, OĞUL!

Oxundu: 224

Yetər üstümüzə yağılar güldü,

"Yaniq Kərəmi"yə oynama, oğul,

Bu qalxan toz deyil, bu qalxan küldü,

"Yaniq Kərəmi"yə oynama, oğul!


Hanı toy havası, düyün havası,

Gəlinin havası, bəyin havası,

Yoxdurmu bir özgə düyün havası,

"Yaniq Kərəmi"yə oynama, oğul!


Kərəmin hayını eşitmirsənmi,

Əslinin vayını eşitmirsənmi,

Sazın harayını eşitmirsənmi,

"Yaniq Kərəmi"yə oynama, oğul!


Döndərin gülünü xara keşişin,

Çəkin boğazını dara keşişin,

Uyub hiyləsinə Qara keşişin,

"Yaniq Kərəmi"yə oynama, oğul!


Yeriyir əlindən qəm tuta-tuta,

İtirir yolunu çən tuta-tuta,

Yağı qisasına dəm tuta-tuta,

"Yaniq Kərəmi"yə oynama, oğul!


Fəsaddan qurtulub, fəndlərdən qaçıb,

Bərələrdən keçib, bəndlərdən qaçıb,

Yanan şəhərlərdən, kəndlərdən qaçıb

"Yaniq Kərəmi"yə oynama, oğul!




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov