ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

GÖYLƏR AŞ BİŞİRİR EHSANIM ÜÇÜN

Oxundu: 180

Güllərin qönçəsi şəbnəmə həsrət,

Ağaclar əl açıb yalvarır göyə,

Qatıb qabağına tozanaq kimi,

Torpağın ahını yel vurur göyə.


Həzin yağış yağır əsəblərimə,

Hirsimin alovu soyumaqdadır,

Mənim toz qalanmış sinirlərimi,

Səmadan millənən su yumaqdadır.


Göyərmək istəyir solan duyğular,

Ürəyim az qalır geyə çəkməni,

Vücudlar dəyişmiş bir əski ruham,

Suya çək, İlahi, suya çək məni.


...Göydən ümid kimi üzülür yağış,

Bulud yaş dəsmala bənzəyir bu gün,

Aşsüzən gözündən süzülür yağış,

Göylər aş bişirir ehsanım üçün.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov