ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Söz olacaqdır

Oxundu: 260
Şair təbiəti bir ərməğandır,
Tanrıdan təbiət şairlərinə,
Sözün alovunda fələk də yandı,
Eşq olsun məhəbbət şairlərinə.

Harda dağlar uca, çiçəklər çoxsa,
Tanrı şairləri orda var edir,
Təbiət şairi yetirir, yoxsa
Şair təbiəti bərqərar edir?!

Dolan, hər yanını gəz ekvatorun,
Dinir ilhamının ixtiyarında
Şairlər radio-televizorun,
Təbiət-dəryanın dalğalarında.

Yüzü yazdığından umursa sərvət,
Biri fədakardır, sözə can qıyır,
Əsil şairləri cansız təbiət
Canlı təbiətdən yaxşı tanıyır.

Oyaq gözlərində hüsnü bir yuxu,
Şairə ruh verən yurdun özüdür,
Dəryanın dalğası, ağacın ruhu,
Çəmənin hikməti, gülün sözüdür.

Gözəllik itməsin elin gözündən,
Qoy meh darağıyla çəmən daransın,
Külək bəstəsindən, şair sözündən
Bülbül cəh-cəhindən nəğmə yaransın.

Budağından yapış, meyvəsini dər
Ömrü bəhrəlidir, günü barlıdır,
Şair ağac qədər, şair quş qədər,
Şair torpaq qədər etibarlıdır.

Sözlər vərəqlərə düşür dən kimi,
Kimə nə çatarsa, haqq-halalıdır,
Tanrı təbiəti hifz edən kimi
El də şairləri qorumalıdır.

Xoş sözlər zamanın kirkirəsində
Kəpəyə çıxırsa, azalacaqdır,
Nə çörək, nə də su, yer kürəsində
Birinci tükənən söz olacaqdır.

 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov