ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Elə kövrəlirəm...

Oxundu: 201

Min bir nəğməsi var saz üstə simin,

Sabaha bağlayır ömrü arzular,

Giriş qapısında könül evimin,

Gözlə görünməyən poçt qutusu var.


Yolumda yarğana dönür hər əngəl,

Gedir səhhətim də, vaxtım da buna,

Özümə gələndə hər şeydən əvvəl

Boylanıb baxıram poçt qutusuna.


Bir qədər ram olun, bir az susun da,

Unudum qəlbimin qəm-qübarını,

Sevinim, gördükcə poçt qutusunda

Tanrının vəhy dolu məktublarını.


Düzüm misralara könül varımı,

Məni yaratmağa sövq elə, ya Rəbb,

Sənin nur kündəsi məktublarını

Çevirim nəğməyə şövq ilə, ya Rəbb.


Duyğu qanadında gecələsəm də,

Qələmlə min xalı toxuyuram mən,

Alın yazısını hecalasam da,

İlahi vəhyini oxuyuram mən.


Köhnə şeirlərlə yaşa doluram,

Həsrətlə açıram poçt qutusunu,

Elə kövrəlirəm, elə doluram,

Görəndə könlümün boş qutusunu.


Olur möcüzəsi hər müqəddəsin,

İlahi, ölüyəm, yoxsa diriyəm,

Mənim hər misramda duyulur səsin,

Sənin dediyini yazan biriyəm




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov