ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Bir gün işləmədi televiziya

Oxundu: 169

Bir gün işləmədi televiziya,

Ekranın qaralan közünü gördük,

Min il ayrı düşmüş adamlar kimi

Biri-birimizin üzünü gördük.


Bir gün işləmədi televiziya,

Biz elə bildik ki, ömür-gün bitdi,

Efir birdən-birə elə boşaldı,

Ağızdan çıxanı qulaq eşitdi.


Bir gün işləmədi televiziya,

Yox oldu hədəfi qəzəbimizin,

Ünsiyyət telləri möhkəmləndikcə

Boşaldı qaytanı əsəbimizin.


Bir gün işləmədi televiziya,

Ekranın üzünə baxan olmadı,

Pultun, nəhayət ki, gözləri güldü,

Kanal savaşına çıxan olmadı.


Bir gün işləmədi televiziya,

Andıq məhəbbətlə yaxını, yadı,

Döndü məcrasına mehribançılıq,

Ekran qaralsa da, qan qaralmadı.


Biz də qoşulmuşduq mübahisəyə,

Qeyb oldu efirlə söz savaşımız,

Bir gün işləmədi televiziya,

İşlək vəziyyətə gəldi başımız.


Gecə də, gündüz də sönmək bilməyən

Ekranda gəzirdik biz dünyamızı,

Bir gün işləmədi televiziya,

Bax onda kəşf etdik öz dünyamızı.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov