ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Gələr ad günümə bənövşələr də

Oxundu: 160

Gül açar baharda arzusu, kamı,

Könlüm pərvaz edər quş tək uçanda,

Dalaram röyaya bir qış axşamı,

Açaram gözümü güllər açanda.


Yox olar şaxtalar qəm qarışığı,

Səmadan torpağa şəfəq saçılar,

Təbiət yandırar yaşıl işığı

Dağların qoynuna yollar açılar.


Bir kimsə gizlətməz öz heyrətini,

Durub şad-şalayın bu yaz səhəri

Dinlərəm bulağın hekayətini,

Boşalmır ürəyi payızdan bəri.


Bulud arxasından göz vurub düzə,

Günəş qucaq-qucaq gül-çiçək ələr,

Köçəri quşların vətənimizə

Dəs-dəs nümayəndə heyəti gələr.


Çiçəklər səksənər hər sıçrayışdan,

Nə sən unudarsan, nə mən sevinci,

Qəfil üzə çıxar torpağın qışdan

Gizli saxladığı çəmən sevinci.


Arabir könlümün kövrələn çağı

Göyləri gözünü sıxan görərəm,

Budağın üstündən düşən yarpağı

Budağın içindən çıxan görərəm.


Köhnə dostlar kimi güllər görüşər,

Sovuşar bir anda qəm də, kədər də,

Doğum tariximiz üst-üstə düşər,

Gələr ad günümə bənövşələr də.


...Gül açar baharda arzusu, kamı,

Könlüm pərvaz edər quş tək uçanda,

Dalaram röyaya bir qış axşamı,

Açaram gözümü güllər açanda.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov