ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Hər yaşın öz hökmü...

Oxundu: 129


Hər dövrün öz hökmü, öz hikməti var,

Hürkürəm tökülən yarpaqlarımdan,

Kəlməni maqqaşla çıxarardılar,

Indi söz tökülür dodaqlarımdan.


Bir zaman gənc idim, bəxtiyar idim,

Hər addım atanda tövşüyürəm mən,

Qara bələndiyim günlər var idi,

İndi yel dəyəndə üşüyürəm mən.


Ömrümü-günümü tər yaşayardım,

Daha payız gəlib, hava sərindi,

Vaxt vardı, çiynimdə daş daşıyardım,

Dizlərim özümü götürmür indi.


Ömrün etibarı, vəfası bumu,

Gözümdə əbədi məskunlaşıb qəm,

Duz elə tutub ki, bel-buxunumu,

Daha Tanrıya da əyiləmmirəm.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov