ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SON ARZUM

Oxundu: 144

Əzəldən astarı xeyirdi şərin,

Əgər sanırsansa sözümü nahaq,

Sağkən ayaqaltı edilənlərin

Ölüb, çiyinlərə qalxmağına bax!


Ömrümüz qeyb olur bu qilu-qalda,

Köksümü bir quduz intizar didir-

Bizi bu dünyadan aparan yolda

Əfsus ki, hərəkət birtərəflidir.


Fələk bəxtimizi qaradan biçir,

Ölümüylə əkiz doğulur hamı,

Qəfil ölümlərin zamanı keçib,

Ömrə bərabərdi ölüm məqamı.


Sonuncu arzumdur ürəyimdəki,

Özgə bir təvəqqəm yoxdu, a dostlar,

Məni çiyninzə qaldırın təki,

Ordan göy üzünə uçmağa nə var?!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov