ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Yeraltı yollarda rastlaşacağıq

Oxundu: 264
Hanı ucaltdığın on mənzil indi,
Sənə qalan yalnız son mənzilindi.
                                Müəllif

Başın üzərində Tanrının əli
Qovdu yollarından dumanı-çəni,
Səkkiz övladınla səkkizguşəli
Gerbə bənzəyirdi ailən sənin.

Ömür bir sehrli nağıldı, bitdi,
Can-can deyilmədi, can yandırıldı,
Hərə bir tərəfə dağıldı, getdi,
Nəsil müncuğunun sapı qırıldı.

Əbədi bir karvan yolusa dünya,
Niyə min əhvala, min hala girdin,
Əgər insanlarla dolusa dünya,
Sən niyə tək gəlib tənha gedirdin?!

Gözünü tor kimi tutubmu kədər,
Sevincə yağımı, qəmə yarmısan,
Şərabın dadını kefli İsgəndər,
Dərdin ləzzətini sən çıxarmısan.

Endi zirvələrdən qartallar qıyla,
Haqdan ilahi nur saçıldı sanki,
Sənin gözlərinin yumulmağıyla
Bizim gözlərimiz açıldı sanki.

Maraq çuxurunda su tək axanlar,
Bilmədi, bu axın xeyirmi, şərmi,
Üzünü görəndə yana baxanlar,
Üzü cənazənə bitmədilərmi?!

Ağrılar-acılar bağrını didib,
Amma nə dilxor ol, nə də ki usan,
Oğlunun yanında yuxuya gedib,
Ananın yanında dəfn olunmusan.

O ilğım cığırlar, bu tüstü yollar,
Axar hüzuruna neçə ki sağıq,
Bir vaxt tükənəndə yerüstü yollar
Yeraltı yollarda rastlaşacağıq.



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov