ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Gəlin özümüzü düzəldək bir az

Oxundu: 189

Daha qalmayıbdı dözümü, tabı,

İldırım gurlayır ittiham kimi,

Dözmür haqsızlığa göyün mehrabı,

Uçur başımıza köhnə dam kimi,

Bu qədər alçalmaq, yenilmək olmaz,

Gəlin özümüzü düzəldək bir az.


Laqeydik tarixə düşən hər izə,

Gəlibdir dünyanın axırı sanki,

Elə boylanırıq bir-birimizə,

Əyri güzgülərə baxırıq sanki,

Bu xislət bu xalqa heç olmayıb xas,

Gəlin özümüzü düzəldək bir az.


Haqqın sədasına qulağımız kar,

Artır gündən-günə cinayətimiz,

Bir zaman yazırdıq: “dövlətimiz var”,

İndi oxuyuruq “var-dövlətimiz”,

Millətin ruhuna yaddır bu avaz,

Gəlin özümüzü düzəldək bir az.


Özgə ruzisini kafirdir yeyən,

Niyə yad malına çəkirik keşik,

“Dünya düzəlmir ki, düzəlmir” deyən,

İndi dünya deyil, biz əyilmişik,

Nə böyük işdir ki, dünya dağılmaz,

Gəlin özümüzü düzəldək bir az.


Bu qədər qəzəbə, bu qədər hirsə

Dözə bilərikmi daşanda səbir,

Haramdan əlimiz çəkilməyirsə,

Tamah dişlərimiz çəkilməlidir,

Ərşə dirənməmiş üsyan, etiraz,

Gəlin özümüzü düzəldək bir az,

Gəlin özümüzü düzəldək bir az.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov