ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

GEDİRƏM

Oxundu: 168

Adlıqdaydım, çıxışlığa çatmışam,

Tanrı salır haldan-hala, gedirəm,

Torpaq üstə əriyirəm qar kimi,

Varaq üstə qala-qala gedirəm.


Yalvarıram, fələk baxmır üzümə,

Rəssam ömrüm qırış çəkir üzümə,

Taleyimin İsrafili özüməm,

Sur düdüyü çala-çala gedirəm.


Əziz, çoxdan çağrılıbdı bayatım,

Bundan belə inanmıram boy atım,

Dərd dağıtmış bir kisədir həyatım,

Günlərimi sala-sala gedirəm.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov