Mötəbər iclasa qatılmışdım mən,
Mobil telefonum səsləndi birdən.
Baxdım ki, aramsız zəng edir anam,
Bir anın içində qarışdı dünyam.
Hər maşın kamandan sıyrılan bir ox,
Qurbanların sayı yüz deyil, mindir,
Dərdə bax, həyatda maraqlardan çox,
Yollarda maşınlar toqquşur indi.
Ayaq izlərinə dalğa baş çəkir,
Dəniz yoxluğuna inanmır amma,
Getdiyin yollara lalə göz dikir,
Nərgiz yoxluğuna inanmır amma.
Aman fələk, kənar gəz,
Bizlə işin olmasın,
Gözə girir iynələr,
Bizlə işin olmasın.