ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

HƏR TAXIL ZƏMİSİ BİR SƏMƏNİDİR

Oxundu: 189

Açıldı göylərə yerin ağuşu,

İldırım yenəmi tək gətirəcək,

Ya rəbb, səngiməsə bu yaz yağışı,

Keçəllər, kosalar tük gətirəcək.


Az qalır budaqda tumurcuq dinə,

Bu bir mənzərəmi, yoxsa sərgimi,

Novruz şərəfinə, bahar eşqinə

Çiçəklər açılır fişənglər kimi.


Başlanıb quşların toyu-düyünü,

Onların səhnəsi çöl-çəmənidir,

Vətənin əlində bu bayram günü

Hər taxıl zəmisi bir səmənidir.


Könlüm yurd yerinin seyrinə dalır,

Qaçan quzulardı, qovan uşaqlar,

Belə ki, çoxalır saçı-saqqalı,

Dəllək axtaracaq payızda dağlar.


Suya çəkiləcək su çərşənbəsi,

Falçılar qızlara fal açacaqdır,

Sevgi aləminin yer tərpənməsi

Qapalı qəlblərə yol açacaqdır.


Yumurta döyüşmək yazın "xətası",

Kiminsə gözündə ildırım çaxdı,

Bu anac toyuğun daş yumurtası

Hələ çox qəlbləri sındıracaqdır.


Tonqal üzərindən atılıram mən,

İçim də, çölüm də nura boyanır,

Dərdimiz-odumuz töküldüyündən

Novruz tonqalları belə gur yanır.


Şerin bitdiyini elə bil duyub,

Bacadan bir papaq atdılar bu dəm,

Bu şeri papağın içinə qoyub

Papaq atanlara pay göndərirəm.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov