ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

OLMALIDIR

Oxundu: 144

Niyə bəxtimizlə yola getmirik,

Niyə taleyimiz kəc olmalıdır,

Niyə gic yerinə qoyulmalıyıq,

Niyə düşmənimiz bic olmalıdır?!


Çəkib aparmasa yolun qüvvəsi,

Yolçunu saxlayar kolun qüvvəsi,

Başdan asılıdır qolun qüvvəsi,

Ağlın özündə də güc olmalıdır.


Əziz, unutmayaq gərək bir şeyi:

Kim nə qazanırsa, onu da yeyir,

Quran da öyrədir, qanun da deyir:

Bir ola bilməyən, heç olmalıdır!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov