ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

MƏMMƏDHƏSƏN ƏMİ EŞŞƏK AXTARIR

Oxundu: 169

Evin yıxılmasın, a Mirzə Cəlil,

İxtiyar qocanı etmisən zəlil,

Gəzir kənd-kəsəyi, dolaşır eli,

Məmmədhəsən əmi eşşək axtarır.


A kişi, bir belə nainsafmısan,

Xalqı silkələyən əsər yapmısan,

Sən bizə münasib adam tapmısan,

Məmmədhəsən əmi eşşək axtarır.


Didərgin düşübdü yurd-yuvasından,

Allaha yalvarır hər duasında,

Bu dünya dediyi qurd yuvasında

Məmmədhəsən əmi eşşək axtarır.


Xırda gözlərində gilələnir yaş,

O "könül həmdəmi" tapılaydı kaş,

Bu eşşəköldürən soyuqda, qardaş,

Məmmədhəsən əmi eşşək axtarır.


Başı bəlalıdır, ürəyi dağlı,

Çoxalıb söyüşü, korşalıb ağlı,

Belə dördayaqlı, uzunqulaqlı,

Məmmədhəsən əmi eşşək axtarır.


Xam oğlu xamların yanından keçib,

Yolda yatanların yanından keçib,

Şıllaq atanların yanından keçib,

Məmmədhəsən əmi eşşək axtarır.


Yersiz hay-haraydan gəlibdi cana,

Əl basıb, and içər hər an Qurana,

Sevincək boylanır hər anqırana,

Məmmədhəsən əmi eşşək axtarır.


Kişini alçaldıb, ələ salmayın,

Məsxərəyə qoyub, çəpik çalmayın.

Tutar yaxanızdan, eşşək olmayın,

Məmmədhəsən əmi eşşək axtarır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov