ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BİTMƏSİNƏ GÜMAN YOXDUR SƏSİMİN

Oxundu: 143

Dərd buğdadı, ürəyimsə qarışqa,

Bu mən, bu da taleyimdir, tanış ol,

Xəritədir alnımdakı qırışlar,

Ərzi gəzib, dolanmışam neçə yol.


Gədiklərdə Tanrı özü qoruyub,

Düzənlərdə büdrəyəndə gör məni,

Yurd içində yağı mənə gor oyub-

Niyə atmır dağ çiynindən yer məni?


Başbilənlər ayağımdan çəkiblər,

İtirmişəm avandımı, tərsimi,

Qırx arşınlıq bir quyuya əkiblər-
 Bitməsinə güman yoxdur səsimin.


Çırpınıram qollarında təkliyin,

Yaxınımda yer vermişəm yada mən,

İnsafımın bəlasıdır çəkdiyim,

Ürəyindən asılası adamam.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov