ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SƏN MƏNİM ARXAMCA GƏLMƏ

Oxundu: 178

Düzdə qərar tutdum düz ürəyimlə,

Sinəmi yandıran köz ürəyimlə,

Bu yola düşmədim öz ürəyimlə,

Sən mənim arxamca gəlmə, yazıqsan.


Qəzəbli baxışın yaladı məni,

Gicitkən sözlərin daladı məni,

İçimdə yalquzaq uladı mənim,

Sən mənim arxamca gəlmə, yazıqsan.


Bu yol yoxuşlardan enəsi deyil,

Bu durna çirağı sönəsi deyil,

Bu yolun son ucu mənə sirr deyil,

Sən mənim arxamca gəlmə, yazıqsan.


Qoparıb yuvamdan qoparan məni,

Saxlaya bilərmi dağ-aran məni,

Əcəldi, haylayıb aparan məni

Sən mənim arxamca gəlmə, yazıqsan.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov