| Çoxları girib yuxuna, Qəlbinə girən olmayıb, Neçəsi can-can söyləyib, Amma can verən olmayıb. 
 Vəfasına and içdiyin, Yüz dəfə ölçüb-biçdiyin, Uğrunda candan keçdiyin Ər olub, ərən olmayıb. 
 Mirdamətdən yan durmusan, Ürəyimi sındırmısan, Məni elə yandırmısan, Tüstümü görən olmayıb. 
 |