ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Sərhədçi nəğməsi

Oxundu: 200


Mətin oğullara yurd alqış deyir,

Sərhəddə dayanan mərdlərə əhsən,

Yəqin yanılmaram, sərhəddən deyil,

Vətən sərhədçidən başlanır, desəm.


Hər əsgər bir sərhəd dirəyidimi,

Tutduğu mövqedən çəkilməz geri,

Yurd eşqi tikanlı məftillər kimi

Bağlar bir-birinə sərhədçiləri.


Tükü-tükdən seçib sərhədçi gözü,

Önündə ən qatı düşmən də susub,

Atı Qıratların cinsinə, özü

Qoç Koroğluların nəslinə mənsub.


Hər biri tarıxdir ötən anların,

Yaşar xatirədə xoş növraq kimi,

Üzü yad ellərə dayananların

Durub arxasında Vətən dağ kimi.


Nifrəti dönəndə çağlayan selə,

Zərbinə bir kimsə dayana bilməz,

Müxənnət radardan gizlənsə belə,

Sərhədçi gözündən yayına bilməz.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov