ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Azərbaycanı

Oxundu: 228

Saraylar bəzəyir qızılquş kimi

Dam üstə dam olan Azərbaycanı,

Kordur o gözlər ki, görə bilməyir

Zülmətdə şam olan Azərbaycanı.


Haçan şimşəyini çaxan görürəm-

Tanrını səmadan baxan görürəm,

Yadları yandıran, yaxan görürəm

Alovu vam olan Azərbaycanı.


Bülbüllər ötüşür qoynunda hər an,

Vermir yağılara, yadlara aman,

Yeni arzulara yetirir zaman

Gözündə kam olan Azərbaycanı.


Şanlı keçmişində min tufan gördüm,

Bayrağı üstündə qızıl qan gördüm,

Nifrət üzərinə şığıyan gördüm,

Sevgiyə ram olan Azərbaycanı.


Gözlərdən çən kimi çəkildikcə qəm,

Zəfər nəğmələri bəstələr qələm,

Parçalaya bilməz, tökülsə aləm

Qəlbimdə tam olan Azərbaycanı.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Yanvar 2026    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov