Səhralar quru dənizi, Dağlar- bu dənizdə gəmi, Torpaqda da batır adam Sularda batdığı kimi.
Hər ölüm köhnə doğrudur Hər doğum - təzə aldanış, Fələyin əlindən tutub Gedir dünyadan dost-tanış.
Qarışqa dəstəsi kimi Dartına-dartına gedir, Torpağın üstünə gələn Torpağın altına gedir.
Alışıb yanan kül olur, Alışa bilməyən kömür, Əcəli gözləmək üçün Verilmiş fürsətdi ömür. |