Bir vaxt ayaqyalın gəzərdim elə,
Yer məni özünə çəkər, əyərdi,
Tikanlar dizimə batmağı ilə
Mənə yurd sevgisi peyvəndləyərdi.
Tanrım, sənə qurban olum,
Dərdi məndən uzaq elə,
Kaş ürəyim soyumasın,
Mənzilimi sazaq elə.
Bir gün işləmədi televiziya,
Ekranın qaralan közünü gördük,
Min il ayrı düşmüş adamlar kimi
Biri-birimizin üzünü gördük.
Sığal çəkdim ürkək-ürkək,
Saçların gül qoxdu mənə,
Kinayəli nə söyləsən,
Bir sancılan oxdu mənə.
Vəfasına and içdiyin,
Yüz dəfə ölçüb-biçdiyin,
Uğrunda candan keçdiyin
Ər olub, ərən olmayıb.