ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SÖZ MƏNİ TUTANDA ŞAİR OLURAM

Oxundu: 183

Göylərin min cürə möcüzəsi var,

Sən demə, bu yağış havası imiş,

Daraşdı köksümə söz-qarışqalar,

Ürəyim qarışqa yuvası imiş.


Top kimi atılıb-tutulsa da söz,

Bağrımın başını qamçılar mənim,

Nə qədər miyanə atılsa da söz,

Yenə ürəyimə sancılar mənim.


Ürəyim hökmünü deyir, yazıram,

Bulud tək boşalır, bir də doluram,

Mən sözü tutanda şer yazıram,

Söz məni tutanda şair oluram.


Yazıb ürəyimi boşaldıram mən,

Tərsinə verirlər yozmanı, Allah,

Sözə həyat verib yaşadıram mən,

Di gəl ki, öldürür söz məni, Allah.


Zülmlər, sitəmlər gələndə susur,

Ürəyim gözümün yaşında çimir,

Ürəyim- canımın "qara qutusu",

Dilləndir, danışsın nə çəkdiyimi.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov