ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

VƏTƏN

Oxundu: 176

Deyirlər çoxları göz dikir yenə

Torpağına Vətən, daşına Vətən,

Qorxuram göz dəyə gözəlliyinə,

Gətir duz çevirim başına, Vətən!


Sənin dar günüdə bir oğul təki,

Karın da, lalın da yarımalıdır,

Hərə öz evinin üzərindəki

Bir parça səmanı qorumalıdır!


Əsgər dost! Qəlbini xəyaldan ayır,

Torpağın səsini bir dinləsənə,

Şəhid qəbirləri nə pıçıldayır,

Ana heykəlləri nə deyir sənə?!


Əsgər dost! Bizimdir o dərə, o dağ,

Yağılar talayan elin malıdır,

Dünən qarış-qarış verilən torpaq

Bu gün oğul-oğul alınmalıdır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov