Keçmir Vətən göynəyi,
Çıxmır candan sızıltı-
İpəkdəndi köynəyi,
Yağı çəkdi, sızıldı.
Bizim xeyrimizə işləmir zaman,
Zamanın üstündən adlayasıyam,
Həsrət-çaxmaq daşı- qığılcımından
Qəfil alovlanmış ot tayasıyam.
Haqsızlar əlindən bezən ürəyim
Hər zülmə qatlaşır ömür yolunda,
Elə taqqıldayır bəzən ürəyim,
Elə bil qatardır dəmir yolunda.